Sabiq “Qəbələ”li Çin klubunda

sabiq-qebeleli-cin-klubunda
Oxunma sayı: 989

Qəbələ”nin sabiq baş məqçisi Toni Adams fəaliyyətini Çində davam etdirəcək.

Qafqazinfo” sportal.az-a istinadən xəbər verir ki, "Arsenal"ın U-18 komandasında məşqçilik edən təcrübəli mütəxəssis London klubundakı işini davam etdirmək istəməyib. O, Asiya ölkəsindən gələn təklifi qəbul edib. Adams Çinin "Çuntsin Lifan" klubunda gənclər departamentinin direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis "Qəbələ"də baş məşqçi və idman direktoru vəzifələrində çalışıb.