Sabiq “Qarabağ”lını meydandan qovan hakim Bakıya gəlir

sabiq-qarabaglini-meydandan-qovan-hakim-bakiya-gelir
Oxunma sayı: 1840

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” evdə “Fiorentina”nı qəbul edəcək. “Qafqazinfo” xəbər verir ki, matçı xorvatiyalı baş hakim İvan Bebek idarə edəcək.

Bu onun Azərbaycan təmsilçilərinin oyunlarına 4-cü təyinatıdır. Bebek 2005-ci ildə də ölkəmizə gəlib. Həmin vaxt xorvatiyalı Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (2:0) (İslandiya) görüşündə fit çalıb.

Xorvatın növbəti dəfə AÇ-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının Portuqaliyaya qarşı keçirdiyi oyunda ədaləti qoruyub. Komandamız bu oyunda 062 hesabı ilə uduzub. O, həmin oyunda sabiq "Qarabağ"lı Aslan Kərimova qırmızı vərəqə göstərib.

Sonuncu dəfə isə Bebek “Qəbələ”nin Dortmund “Borussiya”sına qarşı keçirdiyi qarşılaşmada fit çalıb. Həmin görüş almanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bebek azərbaycanlı azarkeşlərə daha çox “Braqa” – “Fənərbaxça” oyunundan tanışdır. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən oyunda İstanbul klubuna qarşı qərəzli qərarları ilə diqqət çəkən xorvatiyalı referi türk fanatlar tərəfindən söyüşlərə qonaq edilmişdi. Hətta “Fənərbaxça” bu hakimdən UEFA-ya şikayət də verib.