Ruslan Abışovun “Neftçi”yə keçidi rəsmiləşdi - Foto

ruslan-abisovun-neftciye-kecidi-resmilesdi
Oxunma sayı: 1992

Azərbaycan millisinin və “İnter”in yarımmüdafiəçisi Ruslan Abışov bu gün “Neftçi” ilə müqavilə imzalayacaq.

Bu barədə “Qafqazinfo”ya futbolçunun agenti və qardaşı Sərxan Abışov məlumat verib.

Ruslan “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.

***

Ruslan Abışovun “Neftçi”yə keçidi rəsmiləşib.

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.