Ruslan Abışovun durumuna aydınlıq gəldi

ruslan-abisovun-durumuna-aydinliq-geldi
Oxunma sayı: 992

Premyer Liqasının XIX turunda "Kəpəz"lə ev oyununda zədə alan "Neftçi"nin kapitanı Ruslan Abışovun durumuna aydınlıq gəlib. 

Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu gün yekun tibbi müayindən keçib. Abışovun əzələsində zədə aşkarlanıb. Ruslanın 1-2 həftə sonra komanda ilə məşqlərə başlaya biləcək.

Kapitan zədə səbəbindən XX turun AZAL-la qarşılaşmasını buraxmalı olacaq.

Qeyd edək ki, Abışov "Kəpəz"lə matçda zədələndiyi üçün 17-ci dəqiqədə Cavid İmamverdiyevlə əvəzlənib.