Ruslan Abışov “Neftçi”də!

ruslan-abisov-neftcide
Oxunma sayı: 1695

"Qəbələ"dən ayrılan Ruslan Abışovun yeni klubu müəyyənləşib. Millimizin üzvü karyerasını paytaxt klubunda davam etdirəcək.

"Qafqazinfo" aut.az-a istinadən xəbər verir ki, Abışov "Neftçi"də oynamaq qərarına gəlib. Artıq tərəflər arasında anlaşma əldə olunub. Hazırda millinin Avstriya toplanışında iştirak edən Ruslan vətənə dönən kimi müqavilə imzalayacaq.

Qeyd edək ki, Ruslan Abışov "Neftçi"nin yetirməsidi. O, 2003-cü ildə aşağı yaş qruplarında oynamağa başladığı komandanın əsas heyətinə 2006-cı ildə yüksəlib. 2012-ci ildə "ağ-qaralar"la yollarını ayıran 28 yaşlı futbolçu bundan sonra "Xəzər Lənkəran", "Rubin" (Rusiya) və "Qəbələ"də çıxış edib.