Ruslan Abışov millini tərk etdi

ruslan-abisov-millini-terk-etdi
Oxunma sayı: 2121

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. “Qafqazinfo” xəbər verir ki, Ruslan Abışov yığmanın düşərgəsini tərk edib.

“İnter”in müdafiəçisi zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.

Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.