“Rusiya-2018”in rəmzləri - Canavar, pələng və pişik

rusiya-2018in-remzleri
Oxunma sayı: 1658

Münsiflər heyəti tərəfindən 2018-ci ildə Rusiyada keçiriləcək mundialın talismanı üzrə namizədlər təsdiqini tapıb.

“Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, müsabiqədə dünya çempionatının rəmzi kimi canavar, pələng və pişik seçilib.

Məlumata görə, müsabiqənin birinci mərhələsinə on variant təqdim olunub. Final mərhələyə yalnız canavar, pələng və pişik seçilib.

Hazırda təşkilatçılar hazırlanmış nümunələri təqdim etməkdən çəkinirlər. Çünki rəmzlərin intellektual mülkiyyət və qeydiyyat hüququ hələ ki, alınmayıb. Nümunələr artıq peşəkar dizaynerlərə təqdim edilib.