Rövnəq Abdullayevdən “Qəbələ”nin oyununa - Şərh

rovneq-abdullayevden-qebelenin-oyununa-
Oxunma sayı: 2378

“Yaxşı oyun oldu. Amma rəqib çox güclü idi”.

AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan “Qəbələ” – “Maynts” (2-3) oyunundan sonra fikirlərini jurnalistlərlə bölüşüb.

Qafqazinfo” xəbər verir ki, Rövnəq Abdullayev rəqibin güclü olduğunu vurğulayıb:

““Maynts” Bundesliqanın güclü komandalarından biridi. Pis oynamadıq. Düşünürəm ki, qələbə qazana bilərdik”.

Abdullayev oyunu UEFA prezidenti Aleksandr Ceferinlə birgə izləyib: “O, oyunu normal dəyərləndirdi. Başqa nə deyəcək ki?”

Abdullayev qeyd edib ki, “Qəbələ” təcrübə azlığına görə “Maynts”a uduzub: “Təcrübə, güc çatmadı. Rəqib çox güclü idi. Bu gün “Qarabağ”ın da oyunu var. Onlardan qələbə gözləyirəm”.