Rövnәq Abdullayevin oğlunun klubu “Qarabağ”a qarşı

rovnq-abdullayevin-oglunun-klubu-qarabaga-qarsi
Oxunma sayı: 3810

Bu gün Azərbaycan Kubokunda 2016/17-ci illər mövsümünün püşkatma mərasimi baş tutub.

"Qafqazinfo" xəbər verir ki, 18 komandanın iştirakı ilə püşkata mərasimi AFFA-nın inzibati binasında keçirilib.

Azərbaycan Kuboku

1/16 final

"Şəmkir" - "Qaradağ Lökbatan" - cütün qalibi "İnter"lə qarşılaşacaq

"Turan Tovuz" - "Bakılı" - cütün qalibi "Zirə" ilə qarşılaşacaq

1/8 final

"Neftçi" - "Şərurspor"

"Kəpəz" - "Şahdağ"

AZAL - "Rəvan"

"Sumqayıt" - MOİK

"Qarabağ" - "Səbail"

"Qəbələ" - "Zaqatala"

Kubokun 1/16 final mərhələsi oktyabrın 12-də baş tutacaq. 1/8 final isə dekabrın 2-3-nə planlaşdırılıb.

Qeyd edək ki, ilk oyunlar dekabrın 11-13-də, cavab qarşılaşmaları 20-21-də oynanılacaq.

Xatırladaq ki, bir ay öncə SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev “Səbail” klubunun Müşahidə Şurasının (MŞ) sədri seçilib.

Elsevər Məmmədov