Ronaldo, Xames, Özil və digər futbolçular haqqında - Şok ittiham +Yenilənib

ronaldo-xames-ozil-ve-diger-futbolcular-haqqinda
Oxunma sayı: 7768

Daha bir neçə məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Məlumata görə, Almaniya yığmasının üzvü Məsut Özil, portuqaliyalı Pepe və Rikardo Karvalyo, kolumbiyalı Xames Rodriqes ilə həmyerlisi Radamir Falkao da vergidən yayınmaqda ittiham olunur.

Özildən başqa digər futbolçuların meneceri Jorje Mendeşdir. O, bütün sxemin qurulmasında əsas fiqur hesab olunur.

***

Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo haqqında mətbuatda şok ittiham yayılıb.

“Qafqazinfo” “Spiegel”ə istinadən xəbər verir ki, futbolçu külli miqdarda vergidən yayınmaqda şübhəli bilinir.

O, Britaniyanın Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsiylə 150 milyon avronu vergidən gizlədib.

Araşdırma Footbal Leaks adı altında birləşən jurnalistlər tərəfindən aparılıb.