Ronaldinyoya Bakıya gəlməsi üçün pul verilməyibmiş - Video

ronaldinyoya-bakiya-gelmesi-ucun-pul-verilmeyibmis
Oxunma sayı: 1788

“Ronaldinyonun Bakıya gəlməsi üçün ona heç bir məbləğ ödənilməyib”.

QafqazinfoAtv.az-a istinadən xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov bildirib. O qeyd edib ki, təxminən 1 ildən sonra futbolçunun adına olan akademiyada uşaq qəbuluna başlanılacaq.

O, Ronaldinyonun Bakıya gəlməsi üçün ona külli miqdarda pulun verilməyi ilə bağlı məlumatları şayiə adlandırıb.