Ronaldinyodan “Qəbələ” paylaşımı - Foto

ronaldinyodan-qebele-paylasimi-
Oxunma sayı: 1702

Qəbələ” ilə müqavilə imzalamağa hazırlaşan Ronaldinyo bu barədə Dubaydan ilk xəbəri özü paylaşıb.

Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədəki hesabında "Qəbələ" forması geyinmiş uşaqla şəklini yerləşdirib.

Qeyd edək ki, “Qəbələ” rəsmiləri də sözügedən məsələ ilə əlaqədar Dubaydadılar. Sabah sözügedən şəhərdə tərəflər arasında 2 illik saziş imzalanacaq. “Qırmızı-qaralar”ı burada klubun vitse-prezidenti Fariz Nəcəfov, Futbol Akademiyasının direktor müavini Nail Kərimov, Media və Marketinq direktoru Səməd Nəsibov, kommersiya direktoru Mustafa Aztopal təmsil edəcək. İmza mərasimi “Burc əl Ərəb” otelində baş tutacaq. Bundan başqa, Bakıdakı məktəb haqqında reklam roliki də çəkiləcək.

Həmçinin, Ronaldinyo akademiyası ilә bağlı müqavilә imzalanacaq.