Robert Prosineçki “Dinamo”ya keçir?

robert-prosinecki-dinamoya-kecir
Oxunma sayı: 2028

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Zaqreb "Dinamo"sundan təklif almasına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, xorvatiyalı mütəxəssüs "rtvslo"ya açıqlamasında Azərbaycan millisini tərk etmək fikrində olmadığını söyləyib:

"Həyatda iki dəfə "Dinamo"nu seçmişəm. Bu klubu o qədər sevirdim ki, hələ uşaq vaxtı Almaniyada yaşayarkən bu komandanı seçmişdim. Ötən əsrin 90-cı illərinin ortalarında hamı ölkə xaricinə yollananda mən yenə "Dinamo"ya üstünlük verdim. Hazırda "Dinamo"nun baş məşqçisi mən deyiləm. Ancaq futbolda hər şey ola bilər. Qeyd edim ki, bu klubun hələ də mənə pul borcu qalıb. Azərbaycan milli komandasının baş məşqçisiyəm. Burada nə qədər qalacağımı, gələcəkdə hansı kluba gedəcəyimi indidən demək çətindir. Amma indiki məqamda "Dinamo"ya gedişimdən söhbət gedə bilməz. Buna 100 faiz əmin ola bilərsiz".

Qeyd edək ki, 2014-cü ildən millimizi çalışdıran Prosineçki 1986/87 və 1997/2000-ci illərdə "Dinamo" (Zaqreb) klubunda çıxış edib.