“Risk etməyə hazırlaşmıram” - Löv

risk-etmeye-hazirlasmiram
Oxunma sayı: 2429

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv öz ölkəsinin mətbuatına müsahibə verib.

Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- İngiltərə ilə oyundakı nəticə sizi xoşbəxt etdi?

- Biz son 6 ay ərzində bəzi problemlərlə üzləşmişik. Heyətdə zədəlilər var. Özümüz üçün dünya çempionatına uyğun rəqiblər tapmalıyıq. İngiltərə ilə oyun bu baxımdan əla idi.

- Azərbaycanla oyun üçün komandanıza nə tapşırıq vermisiniz?

- Hər kəs bizim rahat qələbə qazanacağımızı düşünür. Mən bilmirəm ki, Azərbaycanla oyunda nə vacibdir. Bizim xeyli sayda gənc istedadlı futbolçularımız var. İlk hissə özümüzü daha yaxşı göstərməliyik. Biz İngiltərə ilə matçdakından daha yaxşı çıxış etməliyik. Yoxlama görüşündə gənclərimiz yaxşı təcrübə qazandı.

- Azərbaycana qət etdiyiniz yol sizə çətinlik yaradacaq?

- Yox, çətinlik olmayacaq. Biz futbolçuları bu duruma hazırlamışıq. Hər hansı risk etməyə hazırlaşmıram. Sadəcə, düşündüklərimizi meydanda həyata keçirməyə çalışacağıq. Azərbaycan bundan əvvəlki oyunlarda inamlı təsir bağışlayıb. Heç də asan olmayacaq.

- Ümumiyyətlə, matçdan hansı nəticəni gözləyirsiniz?

- Mənfi olan tək şey uzun səfər və zaman fərqidi. Amma dediyim kimi buna hazırlaşmışıq. Əhəmiyyətli olan matça köklənməkdir. Əminəm ki, bazar günü meydandan 3 xal və qələbə ilə ayrılacağıq. Bu, bizim məqsədimizdir.

- Timo Vernerin vəziyyəti necədi?

- Çox dəlicəsinə bir durum oldu. O uzun bir yol keçib milliyə gəlib. İngiltərəyə qarşı inamlı oynadı. Onu Azərbaycanla oyunda meydana buraxmağı düşünürdük. Amma böyük ehtimalla əzələsindən əməliyyat olunacaq.

- Azərbaycanda meydana Mark Andre ter Ştegen çıxacaq?

- Bu barədə dəqiq fikrimiz yoxdu. Manuel Noyerin olmaması çətindi. Amma onun yerini sığortalayacaq çox futbolçu var. Azərbaycanla oyundan öncə bunu müzakirəyə edəcəyik. Qapıçılarımıza güvənirəm.