Rıdvan Dilmən xərçəngə tutulub

ridvan-dilmen-xercenge-tutulub
Oxunma sayı: 1863

Ötən həftə xəstəliyi ilə əlaqədar 3 ay müalicə olunacağını bildirən “Fənərbaxça”nın sabiq əfsanəsi və “NTV Spor”da futbol analitiki kimi işləyən Rıdvan Dilməndə xərçəng xəstəliyi aşkar olunub.

Qafqazinfo” xəbər verir ki, 1, 5 ay öncə boynunda şiş müəyyən edilən sabiq futbolçunun müayinələrdən sonra bu xəstəliyə düçar olduğu bildirilib.

Əməliyat olunan Dilmənin hazırda durumu yaxşıdır. Onun səhhəti haqqında 3 aylıq müalicədən sonra tam qərar veriləcəyi deyilib.