Reynaldo üçün daha bir təklif - “Qarabağ” buraxmadı

reynaldo-ucun-daha-bir-teklif
Oxunma sayı: 1594

"Qarabağ"ın futbolçusu Reynaldoya daha bir "elçi düşüb". “Qafqazinfo” futbol11.az-a istinadən xəbər verir ki, bu dəfə Birəşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu braziliyalını transfer etmək istəyib.

Bunun üçün ərəblər ağdamlılara hətta rəsmi təklif də göndərib. Belə ki, "Baniyas" rəhbərliyi "sambaçı"nı mövsümün sonuna qədər icarə əsasında heyətinə qatmaq istəyib.

Ancaq müzakirələr çox çəkdiyindən sonda "Baniyas" Reynaldonun xidmətindən imtina edib. Məsələ burasındadı ki, Birləşmiş Ərəb Əmirliklərində "transfer pəncərəsi" bu gün bağlanır. Bu səbəbdən ərəblər Reynaldonun əvəzinə başqa bir hücumçunun keçidini rəsmiləşdirib.

Məlumatı saytımıza açıqlamsında Reynaldo üçün "Baniyas"dan təklif gətirən FIFA agenti Çinar Məmməd də təsdiqləyib.