“Rəvan” klubu saytı məhkəməyə verdi

revan-klubu-sayti-mehkemeye-verdi
Oxunma sayı: 697

“Rəvan” klubu futbolinfo.az saytını və baş redaktoru Vüsal Mahmudovu məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, iddia ərizəsinə bu gün Yasamal rayon məhkəməsində baxılıb. Məhkəmə prosesinin hazırlıq iclasında hakim Rəfayıl Əliyev işə baxmaqdan imtina edib.

Buna səbəb isə Futbolinfo.az saytının domen adının Yardımlı rayonunda qeydiyyatda olmasıdır və iddia ərizəsi həmin rayon məhkəməsinə ünvanlanmalıdır.

Hakim işə Yasamal rayon məhkəməsinin baxması üçün isə digər sənədlərin təqdim edilməli olduğunu deyib. Qarşı tərəf bu təkliflə razılaşıb və məhkəmənin hazırlıq iclası dekabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, saytda Rəvan klubu ilə bağlı bir neçə yazı dərc olunub.