“Rəşadın meydanda olması, bizdə özünə inam yaradır”

resadin-meydanda-olmasi-bizde-ozune-inam-yaradir
Oxunma sayı: 1227

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən "Qarabağ" PAOK matçı Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra komandanın yarımmüdafiəçisi Muarem Muarem qələbəni şərh edib.

"Qələbə qazanmasaydıq, şansımız azalacaqdı. Buna görə də hər kəs qələbəni düşünürdü. Oyunda öncə çox sakit idik. İndi də belə olmaq lazımdı. Çünki PAOK-la səfərdə də qarşılaşacağıq. Qol vura bilməsəm də, məhsuldar ötürmə ilə komandama faydam oldu. Ən pis halda hər oyunda bərabərliyi düşünürük. Amma bizim üçün qələbə daha vacibdi. İlk hissədəki qol epizoduna gəlincə, sağ ayağımla zərbə vurmaq istəyirdim. Ancaq istəməyərək top sol ayağımın dabanına dəydi. Gücümüzü daha da artırmalıyıq. Zədəli futbolçularımız da var idi. Buna baxmayaraq, Rahid oynadı və qol vurdu. Rəşadın da meydanda olması, bizdə özünəinam yaradır"/