Rəşad Qasımov istefasından danışdı

resad-qasimov-istefasindan-danisdi
Oxunma sayı: 2074

“İnter”in istefa verən prezidenti Rəşad Qasımov qərarı ilə bağlı açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, o, futbolinfo.az-a bunları deyib:

“Maliyyə menecmenti və insan resurslarının idarəediçiliyi baxımından böyük təcrübəm var. Yeni təsis edilmiş şirkətdə düzgün idarəçiliyə və maliyyə optimallaşdırılmasına ehtiyac yaranıb. Şirkətin fəaliyyətinin əsasən respublika hüdudlarından kənarda olduğuna görə, klubdan uzaqlaşmalı oldum. “İnter”ə gəlməyimin əsas məqsədi klubun maliyyə və infrastruktur problemlərinin aradan qaldırılması, sağlam və rəqabətli komandanın yenidən yaradılması, futbolun inkişafı və ən əsası, “İnter” klubunun layiqli yerinə qaytarılması idi. Nəticə göz qabağındadı.

Klubun bütün işçilərinə və idmançılarına uğurlar arzulayıram. Əsəs heyətin məşqçilərinə və futbolçularına isə çempionluq və ölkə kuboku uğrunda apardıqları mübarizədə uğur qazanmalarını arzu edirəm. Bu heyət böyük potensiala malikdi və yüksək yerlərə layiqdi. “İnter” klubu həmişə ürəyimin bir parçası olub və belə də qalacaq. Klubdakı fəaliyyətimdə dəstək göstərənlərə, Azərbaycan Beynəlxalq Bankının, AFFAPFL rəhbərliyinə, media nümayəndələrinə, Xüsusi Olimpiya Komitəsinə və yanımda olan bütün insanlara dərin təşəkkürümü bildirirəm. Allah hamınızdan razı olsun”.