“Rəqibə hörmətsizlik olmasın…” - Şahin Diniyev

reqibe-hormetsizlik-olmasin
Oxunma sayı: 875

Bu gün Topaz Premyer Liqasının 14-cü tura start verilib. “Qafqazinfo” xəbər verir ki, "Kəpəz" doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb.

Gəncə şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərh edib: “Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm. Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. “İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq. Əsas odur ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdür”.