“Rəqib öz oyunundan əl çəkmədi” - Qurban Qurbanov

reqib-oz-oyunundan-el-cekmedi
Oxunma sayı: 2111

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə keçirilən ilk oyunundan sonra görüş haqda fikirlərini bildirib.

Qafqazinfo”nun klubun saytına istinadən məlumatına görə, o, qolsuz heç-heçə qeydə alınan səfər matçı haqda bunları bildirib:

“Oyundan əvvəl bildirdiyim kimi, “Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.