“Rəqib göstərdi ki, yetərincə güclü komandadır”

reqib-gosterdi-ki-yeterince-guclu-komandadir
Oxunma sayı: 1120

Dünən Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Viktoriya" Plzenlə 0:0 hesablı heç-heçə edib.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Oyundan əvvəl bildirdiyim kimi "Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır".