“Rəqabətsiz inkişafdan danışmaq olmaz” - Abdullayev

reqabetsiz-inkisafdan-danismaq-olmaz
Oxunma sayı: 693

“Qarabağ”ın “Neftçi”dən transfer etdiyi Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, o, “Qarabağ”a keçidindən danışıb: ““Qarabağ”a gəlişim qısa zamanda baş verdi . “Neftçi” ilə müqaviləm bitmişdi .Həmin vaxt “Qarabağ”dan təklif gəldi və mən də dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım , bir yerdə oynadığım komanda yoldaşlarım var və komandada hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq”.

Abdullayev komandadakı rəqabətdən çəkinmədiyini də bildirib: “Əlbəttə çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim . Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq . Əsas heyətə düşmək özümdən asılıdır. İnaniram ki, hər şey istədiyim kimi alınacaq” .

Yeni transfer “Qarabağ”ın hədəflərindən də danışıb: “Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inaniram ki, növbəti çempionluq gələcək”.

Elşən Abdullayev “Qarabağ”ın azarkeşləri haqda da öz fikirlərini bildirib: “Azarkeşlər hər zaman komandasının daha güclü olmasını istəyirlər. Daha baxımlı futbol görmək istəyirlər . Ümid edirəm, onlar toplanışdan sonra daha güclü “Qarabağ” izləyəcəklər”.