Renat oyuna üzərində bayrağımız olan butslarla çıxacaq - Foto

renat-oyuna-uzerinde-bayragimiz-olan-butslarla-cixacaq
Oxunma sayı: 1640

Almaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında çıxış etdikdən sonra Azərbaycan millisinə cəlb olunan Renat Dadaşovla bağlı maraqlı fakt üzə çıxıb.

“Qafqazinfo” AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Almaniyada yaşayan 18 yaşlı hücumçu oyunlara üzərində Azərbaycan bayrağı olan butslarla çıxır.

Qeyd edək ki, vaxtilə millimizin şərəfini qorumuş Rüfət Dadaşovun qardaşı olan Renatın millimizdə oynamasına FİFA bir neçə gün rəsmi razılıq verib.