"Real" "Napoli", "Barselona" PSJ ilə qarşılaşacaq - "Bavariya" yenə "Arsenal"la üz-üzə

real-napoli-barselona-psj-ile-qarsilasacaq
Oxunma sayı: 4867

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma saat 15:00-da başlayacaq.

16 komanda iki səbətdə yer alacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-də keçiriləcək. Cavab oyunları isə martın 7-8 və 14-15-də baş tutacaq. Qrup qalibləri ilk oyunu səfərdə keçirəcək.

1/8 final

“Mançester Siti” – “Monako”

“Real” – “Napoli”

“Benfika” – “Borussiya” (Dortmund)

“Bavariya” – “Arsenal”

“Porto” – “Yuventus”

“Bayer” – “Atletiko”

“Barselona” – PSJ

“Sevilya” – “Lester”