“Real Madrid”ə stadion vermədilər

real-madride-stadion-vermediler
Oxunma sayı: 1267

UEFA Superkubokuna hazırlaşan “Real Madrid” klubu ilə məşq edəcəyi stadionun rəhbərliyi arasında anlaşmazlıq yaşanıb.

Qafqazinfo” xəbər verir ki, klub oyun öncəsi hazırlıq üçün icarəyə stadion götürmək istəyib, lakin rədd cavabı alıb. Belə ki, idman məktəbinin direktoru Piter Roksvaaq stadionda 270 uşağın futbolla məşğul olduğunu deyib.

Roksvaaq “Məşqlərimizi təxirə sala bilmərik. “Real” özünə başqa yer tapsın”-deyə bildirib.

Qeyd edək ki, UEFA Superkuboku avqustun 9-u Norveçin Tronxeym şəhərinin “Lerkandel” stadionunda keçiriləcək.

Aysel Kərimova