“Real” “Borussiya”ya qarşı - Çempionlar Liqasında 2-ci tur başlayır

real-borussiyaya-qarsi
Oxunma sayı: 1318

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək. “Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma oynanılacaq.

Günün mərkəzi matçı Dortmundda baş tutacaq. “Real” “Siqnal İduna Park”da “Borussiya”nın qonağı olacaq.

İngiltərə Premyer Liqasının son qalibi “Lester Siti” “Porto” ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 2-ci tur

27 sentyabr
E qrupu

22:45. “Monako” (Fransa) - “Bayer” (Almaniya)
22:45. MOİK (Rusiya) – “Tottenhem” (İngiltərə)

F qrupu

22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Real” (Madrid, İspaniya)
22:45. “Sportinq” (Portuqaliya) – “Legiya” (Polşa)


G qrupu

22:45. “Kopenhagen” (Danimarka) – “Brügge” (Belçika)
22:45. “Lester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya)

H qrupu

22:45. “Sevilya” (İspaniya) – “Lion” (Fransa)
22:45. “Dinamo” (Xorvatiya) – “Yuventus” (İtaliya)