Rauf Əliyev xəstəxanadan evə buraxıldı

rauf-eliyev-xestexanadan-eve-buraxildi
Oxunma sayı: 1194

Məlum olduğu kimi, mayın 1-də keçirilən “İnter”-"Sumqayıt" matçında meydan sahiblərinin hücumçusu Rauf Əliyev ciddi zədə alıb.

Qafqazinfo” xəbər verir ki, təcili tibbi yardım maşını ilə stadiondan xəstəxanaya aparılan futbolçunun durumuna aydınlıq gətirilib. 

Həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib. Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılıb və müalicəsini ambulator şəraitdə davam etdirəcək.