Ramil Şeydayev “Neftçi”yə keçməməsinin səbəbini açıqladı

ramil-seydayev-neftciye-kecmemesinin-sebebini-aciqladi
Oxunma sayı: 2017

Azərbaycan millisinin və Türkiyənin “Trabzsonpor” klubunun hücumçusu Ramil Şeydayevin “Qafqazinfo”ya müsahibəsi

- “Trabzonspor”da oynamaq şansı qazanmırsınız. Bunun səbəbi nədir?

- Oynayıb-oynamamağımla bağlı qərar baş məşqçiyə aiddir. Niyə heyətə salmır və ya salır səbəbini bilmirəm. Gələcəkdə də şans verəcəyi ilə bağlı sualı ona versəniz, yaxşı olar.

- Son günlərdə adınız Türkiyənin “Samsunspor” və Çexiyanın “Yablonets” klubları ilə hallanır…

- Bu məlumatlar doğru deyil. Çünki mənə nə “Samsunspor”dan, nə də “Yablonets”dən təklif almışam. Siz də görürsünüz ki, “Trabzonspor”da məşq edirəm. Komandamla birlikdəyəm. Nə olacağınız da görəcəyik.

- Ərsun Yanalla münasibətləriniz necədir? Hazırda çətin vəziyyətdə olan “Trabzonspor”a kömək edəcək durumdasız. Amma o, sizə güvənmir…

- Ərsun Yanalla münasibətlərimdə heç bir problem yoxdur. Onunla yaxşı münasibətim var. Yanal bizim məşqçimizdir və heyəti o müəyyənləşdirir. Kimi meydana buraxmasına da hörmətlə yanaşmaq lazımdır. Mən burda öz şansımız gözləyirəm.

- “Neftçi” sizi transfer etmək istəsə də, bu keçid baş tutmadı. Danışıqlarda razılığa gəlmədiniz?

- Məsələ odur ki, mən Avropada qalmaq istəyirəm. Buna görə də Avropa klubları ilə danışıqlar aparıram. Nə baş verəcəyini siz də görəcəksiniz…

Elsevər