Ramil Şeydayev ilk “18-lik”də

ramil-seydayev-ilk-18-likde
Oxunma sayı: 978

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” bu gün Türkiyə kubokunun H qrupunda 2-ci liqa təmsilçisi “Gümüşhanespor”un qonağı olacaq.

Qafqazinfo” xəbər verir ki, Qaradəniz təmsilçisinin start heyəti açıqlanıb. Millimizin hücumçusu Ramil Şeydayevin adı "18-liy"ə daxil edilib. O, növbətisi ehtiyat oyunçular skamyasında gözləyəcək.

Xatırladaq ki, “Trabzonspor”da 3 rəsmi oyuna çıxan Şeydayev, bu oyunlardan 2-ni məhz kubokda keçirib. Millimizin hücumçusu “bordo-mavilər”in heyətində yeganə qoluna da kubok oyununda imza atıb.
“Gümüşhanespor” - “Trabzonspor” oyunu Bakı vaxtıyla saat 15:00-da başlayacaq.