Ramil Şeydayev debüt edəcək

ramil-seydayev-debut-edecek
Oxunma sayı: 894

Qış transfer pəncərəsində "Trabzonspor"dan Slovakiya"nın "Jilina" komandasına icarəyə verilən Ramil Şeydayev yeni klubunda debüt edə bilər.

Qafqazinfo” xəbər verir ki, çempionatın 19-cu turu çərçivəsində "Jilina" "Zlate-Moravçe"ni qəbul edəcək. Komandanın baş məşqçisi Adrian Qula millimizin hücumçusuna şans verməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 26-sı Bakı vaxtı ilə 20:30-da start götürəcək.