Qurbanov yerində qaldı, Qriqorçuk 7 pillə irəlilədi

qurbanov-yerinde-qaldi-qriqorcuk-7-pille-ireliledi
Oxunma sayı: 630

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.

Ötən cədvəldə 452-ci pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov mövqeyini dəyişməyib. Təcrübəli mütəxəssisn aktivində 1361 xal var.

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 7 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 625-cidir.

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16670 xal var. 2-ci yerdə 15100 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə 137752 xalla 3-cüdür. “Mançester Siti”nin "sükanı arxası"nda olan Pep Qvardiola isə 11191 xalla 4-cüdür.