“Qurban Qurbanovun dediyi ağ yalandır”

qurban-qurbanovun-dediyi-ag-yalandir
Oxunma sayı: 3760

Ötən mövsümün sonu “Qarabağ”dan ayrılan isveçli hücumçu Samuel Armenterosun gedişi indiyə qədər müəmmalı qalıb.

Qafqazinfo” xəbər verir ki, “Anderlext” və “Feyenoord” kimi komandalarda oynamış forvard qəflətən Ağdam klubunu tərk etmişdi. 

Azərbaycan mətbuatı isə Samuelin klubdan ayrılma xəbərini Hollandiya mətbuatından öyrəndi. Düzdür, Armenteros “Qarabağ”da o qədər də yaxşı təsir bağışlamadı. 23 oyuna çıxan forvard cəmi 7 dəfə fərqlənmişdi. Onun ayrılması xəbərinə isə baş məşqçi Qurban Qurbanovun reaksiyası belə olmuşdu: “Onun gedişini mən də saytdan oxudum. Bəzən futbolçu onunla bağlı qərar tez verilməyəndə darıxır. Görünür, Armenteros darıxıb. Mən ona “get” deməmişəm”.

Qurbanovun dediklərinin həqiqət olub-olmadığını araşdırmaq üçün forvardla danışmağa çalışırdıq. Uzun müddətdir Armenterosla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz cavabsız qalırdı. Bir neçə ay öncə ona yazdığımız mesaja isveçli forvard nəhayət ki, cavab verib. Onun "Qafqazinfo"ya qısa müsahibəsini təqdim edirik:

- “Qarabağ”dan niyə ayrıldınız?

- Mənimlə müqaviləmi yeniləmək istəmədilər. Dedilər ki, komandadan gedəcəksən. Qurban Qurbanov bildirdi ki, səni daha burada istəmirəm. Bu vəziyyətdə orda qala bilməzdim.

- Qurbanovla nə probleminiz var idi?

- Heç bir problem yox idi. Ümumiyyətlə, heç kimlə problem yaşamağı xoşlamıram.

- Amma Qurban Qurbanov “mən Armenterosa “get” deməmişəm” deyə açıqlama verib...

- Bu ağ yalandır. Mənə Qurban Qurbanov deyib ki, gedə bilərsən. Amma indi bunun önəmi yoxdur.

- Maliyyə məsələləri ilə bağlı probleminiz olmuşdu?

- Yox, heç bir problem olmadı. Sadəcə baş məşqçi ayrılmağımı istədi.

- Hazırki klubunuzda - Hollandiya "Heralkes"ində qolları sıralayırsız. Bəs, “Qarabağ”da niyə istədiyiniz kimi çıxış etmirdiniz?

- Çünki burada xoşbəxtəm və qollar vurduqca sevinirəm.

Qeyd edək ki, Samuel Armenteros 2015/2016-cı il mövsümündə "Qarabağ"da çıxış edib.