“Qurban müəllim oyundan öncə dedi ki, oynayacaqsan, hazır deyildim”

qurban-muellim-oyundan-once-dedi-ki-oynayacaqsan-hazir-deyildim
Oxunma sayı: 2010

Avropa Liqasının qrup mərhələsinin III tuirunda baş tutan "Qarabağ" - PAOK (2-0) oyunundan sonra "Qarabağ"ın kapitanı Rәşad Sadıqov jurnalistlәrin suallarını cavablandırıb:

Qafqazinfo” həmin açıqlamaları təqdim edir:

“Nəzərə almalıyıq ki, səfərdə PAOK-la daha bir oyunumuz var. Bundan sonra daha soyuqqanlı olmalı və işimizə davam etməliyik. Qarşıda çox çətin matçlarımız var”.

- İlk 15 dəqiqədə özünüzə bənzəmirdiz. Bu nə ilə bağlı idi?

- Ümumiyyətlə, oyuna hazır deyildim. Cəmi 1 gün komanda ilə məşq etmişdim. Ancaq itkilərimiz çox idi. Qurban müəllim oyundan öncə dedi ki, meydanda olmağını istəyirəm. Mənsə oynamaq üçün əlimdən gələni edirdim. Özüm də bilirdim ki, hazır deyiləm. Çox şükür ki, artıq bu oyunu geridə qoyduq.

- Birinci hissədə fərqli, qol buraxdıqdan sora isə fərqli PAOK var idi meydanda. Sizcə, rəqibdə nə baş verirdi?

- Onlar ilk hissədə çox pressinq edirdilər. Belə olanda isə bizim müdafiədən çıxmağımız alınmırdı. İkinci hissədə isə bizim oyunumuz yaxşı alındı və rəqib əvvəlki kimi press edə bilmədi. Bilmirəm bunun səbəbi nə idi... Əsas odu ki, qələbə qazandıq. Qol buraxmadan qələbə qazandıq. Çünki qrupun sonunda şəxsi oyunlar da önəmli ola bilər. Mən şəxsən düşünürdüm ki, qol buraxmadan qələbə qazanmaq önəmli idi.

- Artıq rəqibi tam yaxşı tanıyırsız...

- Rəqib evdə tam fərqli futbol oynayacaq. Onların öz meydanlarında böyük azarkeş dəstəyi var. Bunların hamısını bilirik. Çox vacib oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun.

- Növbəti həftə Yunanıstan çempionatında PAOK - Olimpiakos oyunu var. Həmin oyunu canlı izləyəcəksiz?

- Fürsət olsa izləyəcəm. Ancaq bizim də çox vacib matçımız var. Biz üçün də derbi "Neftçi" ilə oyundu. Hər iki komandanı vacib oyun gözləyir. İmkan olsa həmin oyuna baxacam.

- "Olimpiakos"un qələbəsi üçün dua edəcəksiz?

- Qismətdə nə varsa, o da olsun.

- Oyun zamanı çoxsaylı top itkilərinə yol verirdiniz. Bunu necə izah edə bilərsiz?

- Rəqib bizi çox yaxşı analiz etmişdi. Onların bizim müdafiədən qurulan bütün hücumlarımızın qarşısını almağa çalışırdılar. Elə olan halda risk etmirdik və uzun ötürmələrdən istifadə edirdik. Bütün futbolçularda top itkiləri oldu. Belə pressinq edən komandaya qarşı belə oyun göstərməyi normal sayıram.

- Stadionda bu qədər azarkeş olacağını gözləyirdiniz?

- Düzü, gözləmirdim. Dəstək üçün onlara təşəkkür edirəm. Onlar həmişə bizim yanımızdadırlar.

- Meydançanın ot örtüyünün durumu necə idi?

- Ot örtüyü normal vəziyyətdə idi. Bəzən sürüşmələr olurdu. Amma hər şey normal idi.