“Qorxmaq lazım deyil...”

qorxmaq-lazim-deyil
Oxunma sayı: 1158

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Qafqazinfo" xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Oyundan razı qaldım. Yüksək səviyyəli matç keçdi. Öz komandamın adına danışa bilərəm ki, futbolçularımın çıxışından razı qaldım. Uşaqların oyunundan həzz aldım. Meydanda olan bütün oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. Ayrı-ayrılıqda kiminsə barədə şərh bildirmək istəmirəm. Hamısı ilə fəxr edirəm. Mənim komandam ən yaxşı sözlərə layiqdi.

- Bugünkü qələbədə azarkeşlərin rolu nə qədərdi?

- Təbii ki, rolu böyükdü. Onlara göstərdikləri dəstəyə görə minnətdaram. İstərdik ki, həmişə bu qədər azarkeş gəlib, bizə dəstək olsun. Üstəlik, hakimlik də bugünkü kimi yüksək səviyyədə olsun. Bu cür oyunlar çempionatın səviyyəsini və prestijini artırır.

- Bu qələbə ilə liderliyi ələ keçirdiniz...

- Biz bu gün qalib gəldik. Amma mübarizə hələ qarşıdadı. Eyforiyaya qapılmırıq.

- Futbolçularınız hakimin hər qərarına aqressiv reaksiya verirdilər. Düşünmürsüz ki, bu cür yanaşma ilə oyunçularınız növbəti matçlara düzgün köklənə bilməyəcəklər?

- Birincisi, mən hansısa aqressiyanın şahidi olmadım. İkincisi, hər hansı danışıq olubsa, bu, aqressiyanın olduğu anlamına gəlməməlidi. Futbolçuların yanaşması peşəkarcasına idi. Bu mənada, nədənsə ehtiyatlanmıram. Ehtiyatlanmaq qorxmaq deməkdi. Futbolda heç nədən qorxmaq lazım deyil. Birinci hissədə futbolçularımda bir qədər gərginlik müşahidə olunsa da, fasilədən sonra psixoloji cəhətdən də yüksək səviyyədə çıxış etdilər.

- “Qəbələ” bu gün rəqibini əsas nədə üstələdi?

- Rəqiblə müqayisə aparmaq fikrim yoxdu. Sadəcə, komandamın bu gün əla, səliqəli oynadığını deyə bilərəm. Həm taktiki, həm də psixoloji mənada güclü idik.

- Bu gün hakimin yaxşı idarəçilik etdiyini dediniz. Gözləyirdizmi bunu, yoxsa son ana qədər içinizdə qorxu var idi?

- Niyə gözləməyim? Hakimin bugünkü idarəçiliyindən sonra hər kəs üçün xoşdu.