“Qızıl top”a 5 namizəd bəllidir

qizil-topa-5-namized-bellidir
Oxunma sayı: 2246

“Qızıl top”u qazanmağa namizəd olan futbolçuların ilkin siyahısı açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, “France Football” nəşrinin açıqladığı siyahıda ilk siyahıda 5 namizəd yer alıb.

“Qızıl top” uğrunda “Real”ın hücumçusu Kriştiano Ronaldo və onun komanda yoldaşı Qaret Beyl də mübarizə aparacaq. “Yuventus”un qapıçısı Canluici Buffon, “Mançester Siti”nin hücumçusu Serxio Aquero və “Dortmund “Borussiya”sının forvardı Pyer-Emerik Obameyanq da 2016-cı ilin ən yaxşısı olmaq uğrunda yarışacaq.

Qeyd edək ki, mükafata namizəd olan 30 oyunçu 6 dəfəyə açıqlayacaq. “France Football” digər namizədləri gün ərzində açıqlamağı planlaşdırır.

2015-ci ildə “qızıl top”u “Barselona”nın hücumçusu Lionel Messi qazanmışdı.