“Qələbə qolunu gec vurduq” - “Tottenhem”in futbolçusu

qelebe-qolunu-gec-vurduq
Oxunma sayı: 1051

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ" "Tottenhem"ə 1:0 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra "Tottenehm"in futbolçusu Rayan Meyson oyun haqda fikirlərini bildirib. İngilis futbolçu qeyd edib ki, qələbə qolunu gec vurublar: "Çətin və maraqlı oyun keçdi. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün bizə qələbə lazım idi. Bu qələbə çətin başa gəldi. Çünki "Qarabağ" güclü komandadır. Bizim bir neçə real qol imkanımız oldu. Lakin bu imkanları qola çevirə bilmədik. Qələbə qolunu isə gec vurduq. Qələbənin ardını "Çelsi" ilə matça da davam etdirmək istəyirik".