“Qəbələ”yə gəlməyən futbolçu 1 milyon avro qazanacaq

qebeleye-gelmeyen-futbolcu-1-milyon-avro-qazanacaq
Oxunma sayı: 990

Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinovun Çinin “Meycjou Xaka” klubu ilə imzaladığı müqavilənin şərtləri müəyyənləşib.

Qafqazinfo” xəbər ki, 1 illik müqavilə imzalayan 31 yaşlı hücumçunun qazanacağı məbləğ də açıqlanıb.

Qış transfer dönəmində "Qəbələ" ilə danışıqlar aparan Bojinov Çində çıxış etdiyi müddətdə bonuslar da əlavə olmaqla 1 milyon avro qazanacaq. Futbolçunun çıxışı məşqçilər korpusu tərəfindən bəyənilsə, tərəflər arasında 1 illik yeni müqavilə imzalanacaq və forvardın məvacibi bir qədər də artırılacaq.

Qeyd edək ki, Valeri Bojinov karyerası ərzində "Mançester Siti" və "Yuventus" kimi komandalarda çıxış edib.