“Qəbələ” və “Neftçi”nin futbolçuları uduzdular - Video

qebele-ve-neftcinin-futbolculari-uduzdular
Oxunma sayı: 2056

Azərbaycan Premyer Liqasının iştirakçıları olan gürcü futbolçular Georgi Navalovski ilə Nika Kvekveskiri slovakiyalı baş məşqçi Vladimir Vayssın etimadını qazanıblar.

Qafqazinfo” xəbər verir ki, hər iki oyunçu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Serbiya yığması ilə ev matçında start heyətində yer alıblar.

Qış fasiləsində “Neftçi”yə keçən Navalosvki millidə də müdafiənin sol cinahında yer alıb. Cari mövsümdən “Qəbələ”nin şərəfini qoruyan Kvekveskiri isə klubunda olduğu kimi, mərkəz yarımmüdafiəçisi mövqeyində oynayıb. Hər 2 futbolçu 90 dəqiqə meydanda olublar.

Tiflisdə Boris Payçadze adına milli stadionda keçirilən yun gürcülər üçün uğursuz alınıb. Düzdür, onlar erkən qolla matçda hesabı açsalar da, sonradan 3 qol buraxaraq 1:3 hesabı ilə məğlub olublar.

Gürcülər 5 oyundan 2 xalla turnir cədvəlində son pillədədirlərsə, serblər 11 xalla liderliyə yüksəliblər.