“Qəbələ” üçün rus hakim

qebele-ucun-rus-hakim-
Oxunma sayı: 666

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Lill" cavab oyununun hakimləri müəyyənləşib.

"Qafqazinfo" Qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanı Rusiya hakimi Aleksey Eskov idarə edəcək. Ona Dmitri Mosiakin və İqor Demeşko köməklik edəcək. Dördüncü hakim funksiyasını Vladimir Moskalev yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Lill" oyunu avqustun 4-ü keçiriləcək.