“Qəbələ” üçün “Qarabağ”ın sabiq rəqibləri

qebele-ucun-qarabagin-sabiq-reqibleri
Oxunma sayı: 1207

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Qafqazinfo” xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” C qrupunda yer alıb. “Qırımızı-qaralar” burada “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts”a (Almaniya) rəqib olub.

Artıq bu komandalardan ikisi azarkeşlərimizə tanışdı. Belə ki, “Anderlext” ötən mövsüm də AL-in qrup mərhələsi çərçivəsində paytaxtımızın qonağı olmuşdu. O zaman “Qarabağ”la bir qrupda yer alan belçikalılar Bakıda 0:1 hesabı ilə məğlub olsa da, evdə qalib gəlmişdilər – 2:1. Ümumiyyətlə, bu komanda hələ 2005-ci ildə də ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşmışdı. Brüsseldə keçirilən ilk görüşdə “ağ-qaralar”ın qapısından 5 cavabsız top keçiriən rəqib Tofiq Bəhramov adına Respubilka stadionunda 0:1 hesabı ilə yenilmişdi.
Statistikaya nəzər salsaq, görərik ki, qərbi avropalılar paytaxtımızda ancaq məğlubiyyətə məhkumdular:

2005. “Anderlext” 5:0, 0:1 “Neftçi” ÇL
2008. “Jerminal” 1:1, 0:1 “Neftçi” İK
2011. “Brügge” 4:1, 0:1 “Qarabağ” AL
2015. “Qarabağ” 1:0, 1:2 “Anderlext” AL

“Anderlext” kimi, “Sent Etyen” də Bakıya son illər gələn komandalardandı. 2 il əvvəl AL-in qrup mərhələsində “Qarabağ”la bu komandaların duelində qalib müəyyənləşməmişdi. Ağdamlılar fransızlarla Bakıda qeydə alınan 0:0-ın revanşında səfərdən 1:1 hesablı bərabərliklə vətənə dönmüşdü.

Keçmişə baxsaq, görərik ki, böyük beşlik ölkələrinin təmsilçiləri arasında Bakıya ən çox gələn Fransa klublarıdı. Cari mövsüm 3-cü təsnifat mərhələsində “Lill”i mübarizədən kənarlaşdıran Roman Qriqorçukun yetirmələrinin indi əsas məqsədi məhz “Sent Etyen”i zərərsizləşdirmək olacaq. Fransa klubları ilə komandalarımızın oyunlarının statistikası belədi:

1999. “Qarabağ” 0:3, 0:6 “Monpelye” İK
2014. “Qarabağ” 0:0, 1:1 “Sent Etiyen” AL
2015. “Monako” 1:0, 1:1 “Qarabağ” AL
2016. “Lill” 1:1, 0:1 “Qəbələ” AL

“Maynts” isə Dortmund “Borussiya”sı və Frankfurt “Ayntraxt”ından sonra Bakıya gələcək 3-cü alman klubudu. Ümumiyyətlə, bu ölkənin təmsilçiləri ilə görüşlər komandalarımız üçün ancaq məğlubiyyətlə yekunlaşıb.

2010. “Borussiya” 4:0, 1:0 “Qarabağ” AL
2013. “Qarabağ” 0:2, 1:2 “Ayntraxt” AL
2015. “Qəbələ” 1:3, 0:4 “Borussiya” AL