“Qəbələ” Türkiyəyə gedə bilmədi

qebele-turkiyeye-gede-bilmedi
Oxunma sayı: 1590

Antalyada təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanmalı olan "Qəbələ" problemlə üzləşib.

Qafqazinfo” xəbər verir ki, "qırmızı-qaralar"ın səhər saatlarında qardaş ölkəyə səfəri nəzərdə tutulsa da, bu, baş verməyib.

Buna isə Türkiyədə əlverişsiz hava şəraitinin hökm sürməsi səbəb olub. Bu səbəbdən İstanbul uçuşları təxirə salıb.

Nəticədə 07:55-də uçuşa hazırlaşan komanda üzvləri hava limanından geri qayıtmağa məcbur olub.
Əldə etdiyimiz məlumata görə, "Qəbələ"nin təxirə salınan səfəri axşam 20:50-də gerçəkləşəcək.

***

Klubun mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, "Qəbələ"nin Türkiyə səfəri bu dəfə də baş tutmayıb.