“Qəbələ” rəsmiləri Kapello ilə görüşüb - Foto

qebele-resmileri-kapello-ile-gorusub
Oxunma sayı: 1930

Martın 20-21-də UEFA Gənclər Liqası çərçivəsində məşqçilər forumu keçirilib.

Qafqazinfo” xəbər verir ki, 2016-2017 mövsümünün iştirakçılarının qatıldığı tədbirdə Azərbaycanı “Qəbələ” nümayəndələri təmsil edib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma futbol akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar.

UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Marketti iştirakı ilə başlayan tədbirdə İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapellonun müxtəlif mövzularda mühazirələri dinlənilib.