““Qəbələ” qapısında “divar” qurmuşdu” - Milaniç

qebele-qapisinda-divar-qurmusdu
Oxunma sayı: 1203

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə uduzaraq mübarizəni dayandıran Sloveniyanın “Maribor” klubunun baş məşqçisi Darko Milaniç dünən Azərbaycan klubu üzərində 1:0 hesablı qələbədən danışıb.

Qafqazinfo” xəbər verir ki, qalib gəldikləri halda növbəti mərhələyə adlaya bilməyən sloveniyalıların çalışdırıcısı komandasından razı qaldığını bildirib:

“Fikrimcə, maraqlı oyun oldu. “Qəbələ”yə qarşı hücum futbolu nümayiş etdirdik. Sadəcə rəqib “divar” qurmuşdu. Daha çox hücum etmək qol vurmaq istəyirdik. Lakin onlar imkan vermirdi. Daha nə etmək olar? Bundan sonra çox işləməliyik. Hər oyun bu səviyyədə çıxış etməliyik. Öz oyunçularımı təbrik edirəm”.