““Qəbələ” qapalı mücrüdür” - Alman klubunun çalışdırıcısı

qebele-qapali-mucrudur
Oxunma sayı: 1123

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq Almaniya “Maynts” klubunun baş məqşçisi Martin Şmidt qrupu dəyərləndirib.

Qafqazinfo” xəbər verir ki, Şmidt məqsədlərinin qrup mərhələsini keçmək olduğunu bildirib: 

“Qrupumuz asan deyil. Rəqiblərimiz yaxşı komandalardır. “Anderlext” və “Sent-Etyenn” təcrübəli komandadır. “Qəbələ” ötən il olduğu kimi bu mövsüm də qrupa düşüb. Onlar qapalı mücrüdür. Güclü komandaları mübarizədən kənarlaşdırıblar. Çətin qrupdu, məqsədimiz növbəti mərhələyə adlamaqdır”. Qeyd edək ki, “Qəbələ” sentyabrın 29-da “Maynts”ı qəbul edəcək.