“Qəbələ”nin transfer etmək istədiyi gürcü danışdı - “Doğrudur”

qebelenin-transfer-etmek-istediyi-gurcu-danisdi
Oxunma sayı: 1632

“Qәbәlә”nin Gürcüstan U-21 millisinin vә "Samtredia" klubunun üzvü Budu Zivzivadzeni transfer etmәk istәdiyini xәbәr vermişdik.

Qafqazinfo”ya açıqlama verәn gәnc futbolçu özü dә bu xəbəri tәsdiqlәyib: “Bәli, “Qәbәlә” ilә danışıqlarımız olub vә hazırda davam edir. Sadәcә mәn indi Gürcüstanın 21 yaşlılardan ibarət millisinin düşәrgәsindәyәm. Burdan qayıtdıqdan sonra hәr şeyә aydınlıq gәlәcәk. Münasibәtlәr rәsmilәşәndәn sonra sizә әtraflı məlumat verə bilərəm”.