“Qəbələ”nin potensial rəqibləri bəllidir

qebelenin-potensial-reqibleri-bellidir
Oxunma sayı: 1824

UEFA Gənclər Liqasının təqvimi müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın “Qəbələ” ilə təmsil olunacağı yarışın ilk iki mərhələsinin püşkü avqutsun 30-da atılacaq.

Ölkəsinin U-19 Liqasının qalibləri arasında təşkil edilən turnirin I mərhələsinin oyunları sentyabrın 27-28-də və oktyabrın 18-19-də keçiriləcək. Növbəti mərhələnin matçları isə 1-2 və 22-23 noyabrda baş tutacaq. Artıq pley-off sistemi ilə keçirilən yarışda iştirak edəcək 32 komandanın tam siyahısı da məlumdur: “Malaqa” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya), “Portu” (Portuqaliya), “Dinamo” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Anderlext” (Belçika), “Sürix” (İsveçrə), “Altınordu” (Türkiyə), PAOK (Yunanıstan), “Sparta” (Praqa, Çexiya), “Vitorul” (Rumıniya), “Zalsburq” (Avstriya),  “Dinamo” (Zaqreb, Xorvatiya), APOEL (Kipr), “Legiya” (Polşa), “Makkabi” (Hayfa, İsrail), “Şaxtyor” (Soliqorsk, Belarus), “Midtyulland” (Danimarka), “Seltik” (Şotlandiya), AİK (İsveç), “Liteks” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Çuklariçki” (Serbiya), “Domjale” (Sloveniya), “Qəbələ” (Azərbaycan),  “Nitra” (Slovakiya), “Puşkaş Akademiya” (Macarıstan), “Kayrat” (Qazaxıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan), HİK (Finlandiya).  

Qeyd edək ki, UEFA Gənclər Liqasın ilk dəfə ötən mövsüm yeni formatla keçirilib. Turnirdə ölkəmizi təmsil edən "Rəvan" I mərhələdə Moskva "Spartak"ı ilə qarşılaşıb və mübarizəni erkən dayandırıb (səfərdə 0:4, evdə 0:0).