“Qəbələ”nin oyununa nə qədər bilet satılıb?

qebelenin-oyununa-ne-qeder-bilet-satilib
Oxunma sayı: 832

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin ikinci turunda sabah Almaniyanın "Maynts” klubunu qəbul edəcək. “Qafqazinfo” xəbər verir ki, "Bakcell Arena”da keçiriləcək qarşılaşma üçün 8260 bilet satışa çıxarılmışdı. 

Son olaraq əldə etdiyimiz məlumata görə, artıq geriyə 2000 bilet qalıb. Ki, onun da oyun gününə qədər satılacağı aydın məsələdi.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.