“Qəbələ”nin oyunu niyə yarıda kəsildi?

qebelenin-oyunu-niye-yarida-kesildi
Oxunma sayı: 1683

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Lill" - "Qəbələ" matçının (1:1) yayımı 86-cı dəqiqədə dayanması ilə bağlı CBC Sport kanalı açıqlama yayıb.

"Qafqazinfo" həmin açıqlamanı təqdim edir:

"Hörmətli CBC Sport tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı. Fransalı həmkarlarımızın Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik. Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra sabah bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq. 

Xatırladaq ki, matç 1:1 hesabı ilə heç-heçə başa çatdı. Komandamıza cavab görüşündə uğurlar arzu edirik".