“Qəbələ”nin oyunlarının başlama saatları bəlli oldu

qebelenin-oyunlarinin-baslama-saatlari-belli-oldu
Oxunma sayı: 1431

Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qəbələ"nin səfər oyunlarının başlama saatı açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” ilk səfər oyununda "Anderlext"lə qarşılaşacaq. Matç sentyabrın 15-i saat 21:00-da başlayacaq.

İkinci səfər görüşündə “Qəbələ” “Sent-Etyen”in qonağı olacaq. Sözügedən qarşılaşma oktyabrın 20-də saat 23:05-də start veriləcək. "Qəbələ" son səfər oyununu "Maynts"la keçirəcək. Qarşılaşmanı dekabrın 8-i saat 21:00-da keçiriləcək.